Qadirova dünya çempionu oldu

Qadirova dünya çempionu oldu
XƏBƏR 7 Noyabr 2022 / 10:04 2066
-  A +

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova dünya çempionatında qızıl medal qazanıb.

Qol.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərində keçirilən yarışda döşəmə üzərində sərbəst hərəkətlərə görə 14,200 xal alan 18 yaşlı idmançı birinci olub.

Həmçinin oxuyun: Qədirova dünya çempionatında tarixi nəticəyə imza atdı

Cesikanın əkiz bacısı Cenifer Qədirova 13.166 nəticə ilə yeddinci olub.

Qeyd edək ki, Cesika Qədirova bundan əvvəl çoxnövçülükdə bürünc medal qazanıb. Bu isə Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner