Renat Dadaşovun komandası uduzdu

Renat Dadaşovun komandası uduzdu
XƏBƏR 6 Noyabr 2022 / 00:30 1378
-  A +

İsveçrə Superliqasında 15-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Sent Qallen"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 24 yaşlı forvard 54-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 15 turdan sonra 17 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner