Lopeteqi Premyer Liqa klubu ilə razılaşdı

Lopeteqi Premyer Liqa klubu ilə razılaşdı
XƏBƏR 5 Noyabr 2022 / 12:36 2372
-  A +

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az "The Times"ə istinadən xəbər verir ki, İngiltərə klubu Xulen Lopeteqi ilə hərtərəfli razılıq əldə edib.

Ötən ay “Sevilya”dan istefaya göndərilən ispaniyalı çalışdırıcı 6-cı turda, noyabrın 12-də “Arsenal”la qarşılaşmadan sonra, DÇ-2022 üçün yaranmış fasilə zamanı “Vulverhempton”da fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Vulverhempton” hazırda Premyer Liqada 10 xalla 19-cu pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner