Qədirova dünya çempionatında tarixi nəticəyə imza atdı

Qədirova dünya çempionatında tarixi nəticəyə imza atdı
XƏBƏR 4 Noyabr 2022 / 15:25 2344
-  A +

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova tarixi nəticəyə imza atıb.

Qol.az xəbər verir ki, o, buna İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə etməklə nail olub. 17 yaşlı idmançı hakimlərdən 44.199 xal alıb. O, çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.

Qeyd edək ki, Cesikanınn əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner