İrqçiliyə görə həbs olundular

İrqçiliyə görə həbs olundular
XƏBƏR 4 Noyabr 2022 / 14:57 2837
-  A +

"Sevilya"nın (İspaniya) 2 azarkeşi Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Mançester Siti"nin futbolçusu Riko Lyuisi təhqir etdiklərinə görə həbs olunublar.

Qol.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb. Məlumatda klubun belə hallara səssiz qalmayacağı da bildirilib: "Biz stadionumuzda ayrı-seçkiliyə dözməyəcəyik və bu dəhşətli hadisədən sonra Rikoya hər cür dəstəyi təklif edəcəyik".

"Sevilya" azarkeşlərin davranışının qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunda "Mançester Siti" "Sevilya"ya 3:1 hesabı ilə qalib gəlib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner