Pikedən "Barselona"ya 52 milyon avroluq jest

Pikedən "Barselona"ya 52 milyon avroluq jest
XƏBƏR 4 Noyabr 2022 / 13:27 4430
-  A +

"Barselona"dan ayrılacağını və karyerasını başa vuracağını açıqlayan Jerar Pike klubun ona ödəməli olduğu 52 milyon avrodan imtina edib.

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bu məbləğə "Barselona"nın koronavirus pandemiyasına görə təxirəsaldığı ödənişlər və futbolçunun cari mövsümdəki maaşının bir hissəsi daxildir. Lakin 35 yaşlı müdafiəçi məbləği Kataloniya təmsilçisinə bağışlayıb.

Həmçinin oxuyun: Pike karyerasını başa vurur

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2004-cü ildə "Mançester Yunayted"ə keçib. 2006-cı ildə müdafiəçi "Real Saraqosa"ya bir illik icarəyə verilib. 2008-ci ildə isə Kataloniya klubuna qayıdıb. O, şənbə günü La Liqanın 13-cü turunda "Almeriya" ilə "Nou Kamp"da keçiriləcək oyunun onun üçün sonuncu olacağını bildirib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner