Kvaratsxeliyanın maşınını oğurladılar

Kvaratsxeliyanın maşınını oğurladılar
XƏBƏR 4 Noyabr 2022 / 10:19 2804
-  A +

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanın avtomobili oğurlanıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən gecə baş verib. 21 yaşlı yarımmüdafiəçi həmin vaxt Neapoldakı evində yatmış olub. Qarətçilər isə futbolçunun evinə daxil olaraq "Mini Cooper Countryman" markalı avtomobilin açarlarını götürüblər. Daha sonra onlar maşını oğurlayıblar. 

Həmçinin oxuyun: "Mançester Siti" Xviça üçün İtaliyaya skautlar göndərdi

Xviça hadisədən sonra polisə müraciət edib. 

Qeyd edək ki, Xviça bu yaydan etibarən "Napoli"də oynayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner