"Qarabağ" UEFA reytinqində xalımızı artırdı

"Qarabağ" UEFA reytinqində xalımızı artırdı
XƏBƏR 4 Noyabr 2022 / 09:44 4546
-  A +

"Qarabağ"ın ötən gün Avropa Liqasının qrup mərhələsinin 6-cə turunda "Frayburq"la heç-heçəsindən (1:1) sonra Azərbaycanın UEFA reytinqində xalı artıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, bu nəticə ölkəmizin aktivinə 0,250 xal qazandırıb. Bununla da Azərbaycanın xal sayı 16,125-ə çatıb. Lakin cədvəldəki mövqeyimiz dəyişməyib -  29-cu yer.

Həmçinin oxuyun: “Qarabağ”dan Avroliqaya ləyaqətli vida!

Qeyd edək ki, 28-ci yerdəki Polşanın 18,250 xalı var.

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner