La Liqa klubunda baş məşqçi istefası

La Liqa klubunda baş məşqçi istefası
XƏBƏR 2 Noyabr 2022 / 17:48 1979
-  A +

"Selta" (İspaniya) baş məşqçisi Eduardo Koudetlə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Viqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, Eduardo Koudet 2020-ci ilin noyabr ayından "Selta"nı çalışdırırdı. Komanda hazırda La Liqada 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner