Azərbaycanda daha 3 idman federasiyası ləğv olundu

Azərbaycanda daha 3 idman federasiyası ləğv olundu
XƏBƏR 1 Noyabr 2022 / 20:44 4174
-  A +

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Qol.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Əlil Arabasında Qılıncoynatma Federasiyası, Motosiklet İdmanı Federasiyası və Miks Martial Arts Federasiyası ictimai birlikləridir.

Əvəzində kollegiyanın digər qərarı ilə “Azərbaycan Tennis Federasiyası” İB, “Azərbaycan Bilyard Federasiyası” İB, “Azərbaycan Qış İdman Növləri Federasiyası” İB, “Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” İB və “Azərbaycan Minifutbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə, 31 federasiyanın isə statusu dayandırılıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner