PFL-də yeni əməkdaşlıq müqaviləsi

PFL-də yeni əməkdaşlıq müqaviləsi
XƏBƏR 1 Noyabr 2022 / 16:40 1463
-  A +

Peşəkar Futbol Liqası və “Cansports travel and consulting” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, müqavilə ilə “Cansports travel and consulting” şirkəti Peşəkar Futbol Liqasının daxili və xarici səfərlərini təşkil edən şirkətlər siyahısına daxil olub. Bundan əlavə, zərurət yaranacağı təqdirdə “Cansport” şirkəti PFL-in digər layihələri zamanı da tərəfdaş kimi təşkilati işlərə müvafiq dəstək verə bilər.

Qeyd edək ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən “Cansports travel and consulting” şirkətinin əsas məqsədi idman turnirləri, təlim-məşq toplanışları, idmanla bağlı müxtəlif xidmətləri yüksək səviyyədə həyata keçirmək və nümayiş etdirməkdir. Şirkətin rəhbəri isə “Qarabağ” klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovdur.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner