UEFA "Qarabağ"a qrupda qazandığı qələbələrə görə bu qədər mükafat ödədi

UEFA "Qarabağ"a qrupda qazandığı qələbələrə görə bu qədər mükafat ödədi
XƏBƏR 1 Noyabr 2022 / 11:39 10819
-  A +

UEFA "Qarabağ"a Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə ödəniş edib.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Ağdam klubu turnirdəki qalibiyyətlərinə görə (Performance bonus) 1.294.000 avro alıb.

Həmçinin oxuyun: "Qarabağ" - "Frayburq" oyununun hakimləri açıqlandı

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsində "Nant"a Bakıda, "Olimpiakos"a Yunanıstanda qalib gəlib (hər iki oyunda 3:0). Yunanlarla Bakıda oyun isə qolsuz heç-heçə ilə yekunlaşıb. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner