"Barselona"nın 4 futbolçusu "Viktoriya"ya qarşı oynamayacaq

"Barselona"nın 4 futbolçusu "Viktoriya"ya qarşı oynamayacaq
XƏBƏR 1 Noyabr 2022 / 10:59 2214
-  A +

"Barselona"nın 4 futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Viktoriya" (Plzen, Çexiya) ilə görüşü buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məşqçilər heyəti belindəki problemlər səbəbindən hücumçu Robert Levandovskiyə istirahət veriblər. Serji Buskets sarı vərəqə limitinə görə görüşdə iştirak edə bilməyəcək. Həmçinin “Barselona” La Liqanın 12-ci turunda “Valensiya” ilə oyunda (1:0) zədə alan müdafiəçilər Jül Kunde və Erik Qarsiyanı da iştirak ərizəsinə daxil etməyib.

Həmçinin oxuyun: Pley-offun daha 2 iştirakçısı müəyyənləşdi - ÇL

Qeyd edək ki, bu gün keçiriləcək "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya) görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki komanda ÇL-də pley-offa adlamaq şanslarını itirib. "Barselona" yoluna Avropa Liqasının pley-offunda davam edəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner