"Mənim üçün "Çelsi" hekayəsi tez bitdi" - Tuhel

"Mənim üçün "Çelsi" hekayəsi tez bitdi" - Tuhel
XƏBƏR 31 Oktyabr 2022 / 17:16 2663
-  A +

"Çelsi"nin sabiq baş məşqçisi Tomas Tuhel London klubundan istefaya göndərilməsi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, "Sportstar"a müsahibə verən almaniyalı mütəxəssis deyib:

“Çelsi"dəki hər günümü sevirdim. Mənim üçün bu hekayə çox tez bitdi, amma heç nəyi dəyişə və sübut edə bilmədim.

Hələ gələcəyimlə bağlı qərar verməmişəm. Hazırda Hindistanda istirahət etməkdəyəm. Bəzi klublar menecerimə zəng vururdular. Amma razılaşmışdıq ki, məni burada narahat etməsinlər”. 

Qeyd edək ki, Tuxelin İngiltərə yığmasına baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner