Davit Volkov 30-a çatdı

Davit Volkov 30-a çatdı
XƏBƏR 31 Oktyabr 2022 / 13:40 1382
-  A +

“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub.

Qol.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu yubileyi Misli Premyer Liqasının 12-ci turuna təsadüf edib.

Davit “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1.  Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 3 qola imza atıb.

Qeyd edək ki, Davitin ilk topu 2019-cu il aprelin 14-də “Keşlə” – “Qəbələ” matçına (1:2) təsadüf edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner