"Yaxşı oynamağa görə xal vermirlər" - Joze Alesio

"Yaxşı oynamağa görə xal vermirlər" - Joze Alesio
XƏBƏR 30 Oktyabr 2022 / 09:23 1046
-  A +

“Ötən oyundan sonra da demişdim, bu dəfə də həmin fikri səsləndirirəm: oyuna nəzarət bizdə idi. Çox sayda qol epizodu yaratdıq, təəssüf ki, yenə istifadə edə bilmədik. Əlbəttə, yaxşı oynamağa görə xal vermirlər. Ortada qələbə yoxdursa, məğlubiyyətlər varsa, bu yaxşı hal deyil".

Qol.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi  Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının 5-ci qrupunda son oyunununda "Mostar"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

Həmçinin oxuyun: "Araz-Naxçıvan" son oyunda da uduzdu

O, bu heyəti cəmi 3 aydır yığdıqlarını bildirib: "Rəqiblərimiz isə illərdir ki, bir yerdə oynayırlar. İsveç komandasını hamı zəif görürdü, amma elə deyil. Komanda üzvləri iki ildən artıqdır ki, bir yerdə çıxış edir, nəticələr qazanırlar. Serbiya çempionu haqda isə geniş danışmağa dəyməz. Onların nə qədər təcrübəli olduqlarını matçlar da göstərdi, əksəriyyəti ölkəsinin millisində çıxış edirlər. Burada yeni heyətə malik komanda yoxdur. “Mostar” da “Lozniça Qrad” kimidir. 1-2 yeni oyunçu cəlb ediblər, qalanları illərdir ki, buradadır. Yenə deyirəm, komandam sona qədər mübarizə apardı, heç bir rəqibdən çəkinmədi. Ancaq yaxşı nəticə qazanmaq üçün zamana ehtiyacımız var. Komandamın perspektivinə inanıram. İkinci oyundakı epizodlarımızı realizə edə bilsəydik, bu gün meydana başqa atmosferdə çıxacaqdıq. Belə vəziyyətdə komandanı motivasiya etmək də çətin olur. Hakimlər haqda isə danışmaq istəmirəm. Bizim hər hərəkətimizi cərimə kimi qiymətləndirirlər, amma gözlərinin qabağında baş verən aqressiv hərəkətə sarı vərəqə göstərməklə kifayətlənirlər. Halbuki həmin epizod zamanı oyunçumuz daha ciddi zədə ala bilərdi”.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner