Nazarovun komandası liderlə heç-heçə etdi

Nazarovun komandası liderlə heç-heçə etdi
XƏBƏR 29 Oktyabr 2022 / 23:00 1400
-  A +

Almaniya 3-cü liqasında 14-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” doğma meydanda "Elversberq"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Nazarov görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 85-ci dəqiqədə hesab 1:1 olarkən meydana daxil olub. O, 88-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Erzebirge”  11 xalla (14 oyun) 20 komanda arasında sonuncu pillədə qərarlaşıb. Siyahıya 32 xalla (14 oyun) "Elversberq" başçılıq edir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner