"Barselona"nın keçmiş futbolçusu Andres İnyesta sabiq komanda yoldaşı, hazırda PSJ-də çıxış edən Lionel Messi barədə danışıb.
Qol.az xəbər verir ki, 35 yaşlı hücumçunun üstün keyfiyyətlərindən söz açan İnyesta onun "Barselona"ya qayıda biləcəyi barədə yayılan məlumatlara da toxunub:
“Messi həmişə fərqli olub. O, bir nömrədir. Məsələ odur ki, Messi özünü təkmilləşdirdi və komanda yoldaşlarının daha yaxşı oynamasına kömək etdi. Messinin də yer aldığı komanda kuboklar uğrunda mübarizədə üstünlüyə malikdir. Mən Messinin edə biləcəklərini edən heç kimi görməmişəm. "Barselona"ya qayıtmaq heç vaxt asan deyil. Lakin Leo geri qayıda bilər. Bu hələ də mümkündür".
Qeyd edək ki, "Barselona"nın Messini 2023-cü ildə yenidən heyətinə cəlb etmək istədiyi, PSJ-nin isə argentinalı ilə müqaviləni artırmaq niyyətində olması haqda xəbərlər yayılıb.
Xatırladaq ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İnyesta 2002-2018, Messi isə 2003-2021-ci illərdə "Barselona"da oynayıb.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video