"Ferentsvaroş" 47 il sonra pley-offda

"Ferentsvaroş" 47 il sonra pley-offda
XƏBƏR 28 Oktyabr 2022 / 13:48 6404
-  A +

"Ferentsvaroş" (Macarıstan) 47 il sonra ilk dəfə avrokuboklarda pley-offa adlamağı bacarıb.

Qol.az xəbər verir ki, bu, Macarıstan təmsilçisinin ötən gecə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Monako" ilə heç-heçə etməsindən (1:1) sonra dəqiqləşib. Komanda H qrupunda 10 xal toplayıb və liderdir.  "Monako" isə 7 xalla 2-cidir. Nəticədə "Ferentsvaroş" sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edib.

"Ferentsvaroş" son dəfə 1975-ci ildə avrokuboklarda pley-off oynayıb.

Qeyd edək ki, bu mövsüm "Ferentsvaroş" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Ağdam təmsilçisi Macarıstan klubunu üstələyərək (1:1, 3:1) pley-offa adlayıb. Lakin bu dəfə "Qarabağ" "Viktoriya" (Plzen, Çexiya) səddini keçə bilməyib - 0:0, 1:2.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner