Azərbaycanın mövqeyi dəyişmədi, Türkiyə irəlilədi - UEFA reytinqi

Azərbaycanın mövqeyi dəyişmədi, Türkiyə irəlilədi - UEFA reytinqi
XƏBƏR 28 Oktyabr 2022 / 09:10 3020
-  A +

Avrokuboklarda qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

Qol.az xəbər verir ki, Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməyib. Ölkəmiz 15.875 xalla 29-cu pillədə qərarlaşıb. "Qarabağ" dünən Avroliqanın qrup mərhələsinin 5-ci turunda səfərdə "Nant"a uduzduğu (1:2) üçün xal ehtiyatımız eyni qalıb.

Həmçinin oxuyun: "Qarabağ" "Nant"a uduzdu - Yenilənib

Türkiyə daha bir pillə irəliləyib. Çexiyanı arxada qoyan qonşularımız 13-cü yerə yüksəlib.

Qeyd edək ki, 28-ci yerdəki Polşanın 17,750 xalı var.

Əlavə edək ki, siyahıya 99, 998 xalla İngiltərə başçılıq edir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner