U-17 millimizdən ikinci məğlubiyyət

U-17 millimizdən ikinci məğlubiyyət
XƏBƏR 27 Oktyabr 2022 / 17:28 1390
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, yığmamız 2-ci turda Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Qrupun digər görüşündə Ukrayna Lixtenşteyn üzərində qələbə qazanıb (7:0).

Qeyd edək ki, U-17 millimiz ilk turda Ukraynaya 2:5 hesabı ilə uduzub.

27 oktyabr

U-17 Avropa çempionatı, qrup mərhələsi, 2-ci qrup

Bosniya və Herseqovina U-17 - Azərbaycan U-17 - 1:0
Qol:
Dugiç, 16
Qırmızı vərəqə: Hüseyn Hüseynov , 87-iki sarı vərəqə (Azərbaycan)
Kakanj. Mladost stadionu.

Ukrayna - Lixtenşteyn - 7:0

Qollar: Ponomarenko, 13, 21, 45+1-pen; Kalin, 30, Paşko, 62, Zaxarçenko, 67,Ş Kan, 88

Xallar: Ukrayna - 6, Bosniya və Herseqovina - 6, Lixtenşteyn - 0, Azərbaycan - 0.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner