Forması 20 min funt-sterlinqə hərraca çıxarılır

Forması 20 min funt-sterlinqə hərraca çıxarılır
XƏBƏR 27 Oktyabr 2022 / 16:48 2219
-  A +

"Mançester Siti"nin sabiq futbolçusu Serxio Aqueronun klubun heyətində QPR-lə matçda geyindiyi çempionluq forması hərraca çıxarılır.

Qol.az xəbər verir ki, 13 may 2012-ci il tarixində keçirilən sözügedən görüşdə 34 yaşlı sabiq hücumçu 90+3-də həlledici qolu vurmuşdu və "Mançester Siti" 3:2 hesabı ilə qalib gələrək 44 il sonra ilk dəfə Premyer Liqa çempionu olmuşdu.

Aqueronun çempionluq qolunu vurduğu oyunda geyindiyi forma Hansons Auksoniers tərəfindən hərraca çıxarılacaq. Hərrac noyabrın 3-də Derbişirdə keçiriləcək. Bildirilir ki, bu hərrac may ayında keçirilməli idi, lakin daha sonra təxirə salınıb.

Forma hazırda Britaniya Milli Forma Kolleksiyasındadır. Sahibi Nevil Evansın dediyinə görə, köynəyin satışından əldə olunan gəlir xeyriyyə təşkilatlarına gedəcək.

BBC-nin məlumatına əsasən isə Aqueronun formasının ən azı 20 min funt-sterlinqə satılacağı gözlənilir. 16 nömrəli forma matçdan sonra olduğu kimi qalıb - yuyulmayıb, üzərində şampan ləkələri var.

Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə "Mançester Siti"də oynayıb. O, 2021-ci ilin yayında "Barselona"ya keçib. Daha sonra forvard səhhətindəki problemlərə görə Kataloniya klubundan ayrılıb və karyerasını başa vurub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner