Yığmamızın üzvünün yeni klubu rəsmiləşdi

Yığmamızın üzvünün yeni klubu rəsmiləşdi
XƏBƏR 27 Oktyabr 2022 / 10:13 2573
-  A +

U-21 millimizin futbolçusu Məhəmməd Mustafa Yıldırımın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 20 yaşlı hücumçu  Türkiyə 2-ci liqa təmsilçisi "Çorum"a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2.5 illik müqavilə imzalanıb.  Futbolçu bu mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.

Həmçinin oxuyun: U-21 millimizin hücumçusu bu klubu tərk etdi

Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir.

Xatırladaq ki, M.Yıldırım ötən ay "İstanbulspor"dan ayrılmışdı.

Qeyd edək ki, "Çorum" Türkiyə 2-ci liqasında 16 xalla 8-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner