Ronaldo: "Eyni əhvalla işə davam edirik"

Ronaldo: "Eyni əhvalla işə davam edirik"
XƏBƏR 26 Oktyabr 2022 / 20:30 2318
-  A +

Xəbər verdiyimiz kimi, "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komanda ilə məşqlərə qayıdıb.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu öz İnstaqram hesabında məşqdən foto paylaşıb. O, komandaya qoşulduğunu bildirb: "Eyni əhvalla, münasibətlə işə davam edirik".

Həmçinin oxuyun: Ronaldoya gizli şəkildə 20 milyon avro ödəyiblər

Qeyd edək ki, Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə matçda meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılıb. Bundan sonra o, fərdi məşqlərə başlamışdı.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner