Coşqun Diniyevin cəzasına yenidən baxılacaq

Coşqun Diniyevin cəzasına yenidən baxılacaq
XƏBƏR 26 Oktyabr 2022 / 19:58 2577
-  A +

AFFA İntizam Komitəsinin “Zirə"nin futbolçusu Coşqun Diniyev barəsində qəbul etdiyi qərara yenidən baxılacaq. 

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Həmçinin oxuyun: AFFA rəsmisi Diniyevə verilən "qırmızı"nı haqlı saymır - Video

Misli Premyer Liqasının 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk etmiş, sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanmış (ümumən 2 oyunluq), klub 2400 manat cərimə olunmuşdu.

20.10.2022-ci il tarixində qəbul edilən qərarlar yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner