"Qarabağ"a evdə qalib gəlməliyik" - "Nant"ın futbolçusu

"Qarabağ"a evdə qalib gəlməliyik" - "Nant"ın futbolçusu
XƏBƏR 26 Oktyabr 2022 / 17:05 3422
-  A +

"Nant”ın futbolçusu Andrey Cirotto Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Qarabağ"la keçiriləcək görüş haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi oyun üçün təşkil edilən bugünkü mətbuat konransında Bakıda Ağdam təmsilçisinə uduzduqlarını (0:3) xatırladıb:

“Bizim üçün vacib oyun olacaq. “Qarabağ” ilk oyunda səfərdə uduzduğumuz rəqibdir. Evdə qalib gəlməliyik. Ötənilki möhkəmliyimizi bərpa etməyə başlayırıq. Bir az da diqqətimizi cəmləməliyik”.

Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner