AFFA UEFA-ya şikayət edəcək

AFFA UEFA-ya şikayət edəcək
XƏBƏR 26 Oktyabr 2022 / 13:03 2567
-  A +

"Çempionlar Liqasının dünən keçirilən “Leyptsiq” - “Real” (Madrid) oyununda Azərbaycana qarşı təxribat barədə məlumatımız var".

Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

Həmçinin oxuyun: Çempionlar Liqasının oyununda Azərbaycana qarşı təxribat

Xəbər verdiyimiz kimi, oyunda tribunalardan birində (ehtimal olunur ki, meydan sahibi olan alman azarkeşlərin oturduğu sektorda) Qarabağda yerləşmiş separatçıların qondarma “bayrağı” asılıb. FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib

F.Abdullanın dediyinə görə, məsələ ilə əlaqədar AFFA sənədlər hazırlayıb və AFFA-ya müraciət ünvanlanacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner