"Qarabağ" Fransada belə qarşılandı - Video+Şəkillər

"Qarabağ" Fransada belə qarşılandı - Video+Şəkillər
XƏBƏR 26 Oktyabr 2022 / 00:05 14113
-  A +

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Nant"la qarşılaşacaq "Qarabağ" artıq Fransaya çatıb.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisini daşıyan təyyarə Nant şəhərindəki hava limanına eniş edib.

"Qarabağ"ı "Atlantik" hava limanında bir qrup həmyerlimiz qarşılayıb. 

Qeyd edək ki, "Qarabağ" hazırda G qrupunda 7 xalla 2-cidir. "Qarabağ" "Nant"la səfər oyununu oktyabrın 27-si keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ" bu komandaya qarşı Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb. Təmsilçimizə növbəti mərhələ üçün heç-heçə də bəs edəcək. 3 xalı olan "Nant" isə pley-off şanslarını qorumaq üçün Ağdam təmsilçisinə qalib gəlməlidir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner