Atıcımız dünya çempionatında gümüş medal qazandı

Atıcımız dünya çempionatında gümüş medal qazandı
XƏBƏR 25 Oktyabr 2022 / 22:10 836
-  A +

Misirin paytaxtı Qahirədə keçirilən güllə atıcılı üzrə dünya çempionatında idmançımız Ruslan Lunyov gümüş medal qazanıb.

Qol.az xəbər verir ki, o, iriçaplı tapançadan 25 metr məsafəyə cəld atəş üzrə ikinci yeri tutub. Atıcımız 60 atəşdən 584 xal toplayıb.

Qeyd edək ki, 33 yaşlı atletimiz karyerasında 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahibdir. Ruslan Lunyov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitandır.

Xatırladaq ki, Dünya Çempionatından idmançımız Nigar Nəsirova bürünc medalla qayıdıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner