Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə klubunda yeni baş məşqçi
XƏBƏR 25 Oktyabr 2022 / 13:33 2473
-  A +

"İstanbulspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Fatih Tekke çalışdıracaq. 45 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən Osman Zeki Korkmazı əvəzləyib.

Qeyd edək ki, Fatih Tekke 2018-2019, 2020-2021-ci illərdə də "İstanbulspor"u çalışdırıb. 

Əlavə edək ki, "İstanbulspor" hazırda turnir cədvəlində 8 xalla 19 komanda arasında 16-cıdır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner