Premyer Liqada yeni rekorda imza atdı

Premyer Liqada yeni rekorda imza atdı
XƏBƏR 25 Oktyabr 2022 / 13:10 2482
-  A +

"Lester"in futbolçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. 

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu buna 12-ci turda "Vulverhempton"la matçda (4:0) fərqlənməklə nail olub. O, nəticədə 30 yaşından sonra yerli çempionatda 100-cü qolunu vurub. Bu isə rekord hesab olunur. Vardi belə nəticəyə imza atan ilk futbolçudur.

2-ci yerdə "Arsenal", "Kristal Pelas", "Nottinqem Forest", "Vest Hem", "Bernli" kimi komandalarda oynamış sabiq futbolçu lan Uraytdır - 93 qol. "Nyukasl"ın əfsanəvi oyunçusu Alan Şerer 84 qolla 3-cüdür. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner