Bu gün Ten Haq Ronaldo ilə görüşəcək

Bu gün Ten Haq Ronaldo ilə görüşəcək
XƏBƏR 25 Oktyabr 2022 / 12:53 1649
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bu gün futbolçusu Kriştiano Ronaldo ilə görüşəcək.

Qol.az "Manchester Evening News" saytına istinadən xəbər verir ki, bugünkü söhbətdən sonra 37 yaşlı hücumçu əsas komanda ilə məşqlərə qayıda bilər. 

"Mançester Yunayted" bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Şerif"lə matçın hazırlığına başlayacaq. Ronaldo da "Mançester Yunayted"in heyətinə düşə bilər, lakin bunun üçün forvard Ten Haqı onun tələblərini yerinə yetirməyə hazır olmasına inandırmalıdır. Ten Haq hesab edir ki, Ronaldo ilə ortaq dil tapa bilərlər. Mütəxəssisin fikrincə, portuqaliyalı futbolçu komandada mühüm rol oynayacaq. 

Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə matçda meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılıb. Bundan sonra o, fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, "Mançester Yunayted" - "Şerif" matçı oktyabrın 27-si "Old Trafford" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner