Yığmamız Avropa çempionatını 9 medalla başa vurdu

Yığmamız Avropa çempionatını 9 medalla başa vurdu
XƏBƏR 24 Oktyabr 2022 / 16:35 859
-  A +

Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.

Qol.az xəbər verir ki, Azərbaycan yığması qitə çempionatını 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.

Sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kq-ın öhdəsindən gələrək bürünc medala sahib çıxıb.

O, təkanla hərəkətdə 189 kq-ı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner