Maradonadan sonra ilk dəfə...

Maradonadan sonra ilk dəfə...
XƏBƏR 24 Oktyabr 2022 / 11:48 2924
-  A +

"Napoli" bu mövsüm keçirdiyi 15 matçdan 13-də qalib gəlib, 2-də isə heç-heçə edib.

Qol.az xəbər verir ki, Luçano Spalettinin komandası A seriyasının 11-ci turunda "Roma"dan üstün olub - 1:0. Neapol təmsilçisi son dəfə avqustun 31-i "Fiorentina" ilə heç-heçə edib - 0:0. Həmin vaxtdan sonra "Napoli" bütün yarışlarda ümumilikdə 11 qələbə qazanıb. Nəticədə komanda ardıcıl qələbələrinin sayına görə klub rekordunu təkrarlayıb.

Həmçinin oxuyun: "Napoli" "Roma"ya qalib gəldi, "Atalanta" uduzdu

İlk dəfə "Napoli" 1986-cı ildə - əfsanəvi futbolçu Dieqo Maradonanın heyətdəolduğu vaxt belə göstəriciyə nail olub. 

Qeyd edək ki, Maradona 1984-91-ci illərdə "Napoli"də oynayıb. O, 2020-ci ilin noyabr ayının 25-də 60 yaşında dünyasını dəyişib.

Əlavə edək ki, "Napoli" hazırda turnir cədvəlində 29 xalla liderdir.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner