Millimizin üzvünün komandasından heç-heçə

Millimizin üzvünün komandasından heç-heçə
XƏBƏR 23 Oktyabr 2022 / 09:23 1279
-  A +

Polşa çempionatında 14-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) səfərdə "Stal"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Həmçinin oxuyun: Millimizin üzvünün komandası kubokda mübarizəni dayandırdı

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib. Müdafiəçi 13-cü dəqiqə sarı vərəqə alıb.

Qeyd edək ki,  ​“Visla” turnir cədvəlində 25 xalla 3-cü pillədə qərarlaşıb. Siyahıya 32 xalla "Rakov" başçılıq edir.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner