"Qarabağ"ın rəqibindən qələbə

"Qarabağ"ın rəqibindən qələbə
XƏBƏR 22 Oktyabr 2022 / 19:47 2904
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Bundesliqada 11-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Verder"i qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

Həmçinin oxuyun: "Qarabağ"ın rəqibi 1/8 finalda

"Frayburq" - "Verder" - 2:0
Qollar:
Kubler, 56, Qrifo, 80-pen
Qırmızı vərəqə: Fridl, 14 ("Verder")

Bu nəticədən sonra xalını 21-ə yüksəldən "Frayburq" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Siyahıya 23 xalla (10 oyun) "Union" (Berlin) başçılıq edir. "Bavariya" 22 xalla 2-cidir.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Ağdam klubu bu rəqiblə növbəti dəfə noyabrın 3-də Bakıda qarşılaşacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner