“De Byazini millidə saxlayanda bizdən fikimizi soruşmurlar”

“De Byazini millidə saxlayanda bizdən fikimizi soruşmurlar”
XƏBƏR 22 Oktyabr 2022 / 18:50 3093
-  A +

"De Byazini millinin baş məşqçisi vəzifəsində saxlayanda bizdən fikrimizi soruşmurlar. Biz bu məsələlərdə söz sahibi deyilik”.

Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib. 

Misli Premyer Liqasının 11-ci turunda “Qəbələ” ilə oyunsonrası (1:1)  mətbuat konfransında milli ilə bağlı sualı cavablandıran mütəxəssis yığmamızın Avro-2024-ün seçmə mərhələsində uğur qazanacağına inanmadığını bildirib:  “Millət Liqasının startında millimiz çətinlik çəkdi. Qrupa baxanda görünür ki, bizi daha ağır oyunlar gözləyir. Düşünürəm ki, bu qrupda millimiz yalnız Estoniyadan üstün ola bilər”.

Xatırladaq ki, AFFA De Byazi ilə sentyabrın 30-u başa çatan müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.

Qeyd edək ki, yığmamız Avro-2024-də F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə birgə mübarizə aparacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner