Benzema bu oyunu buraxacaq

Benzema bu oyunu buraxacaq
XƏBƏR 22 Oktyabr 2022 / 16:15 2326
-  A +

"Real"ın futbolçusu Kərim Benzema komandasının növbəti matçını buraxacaq.

Qol.az xəbər verir ki, fransalı futbolçu əzələ yorğunluğu səbəbindən "Sevilya" ilə bugünkü oyunda iştirak edə bilməyəcək . Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

34 yaşlı futbolçu bu mövsüm La Liqada 7 oyunda 5 qol vurub. 

Qeyd edək ki, La Liqanın 11-ci turunda "Real" "Sevilya"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner