"Nant"ın bu futbolçuları "Qarabağ"la oyun buraxa bilər

"Nant"ın bu futbolçuları "Qarabağ"la oyun buraxa bilər
XƏBƏR 22 Oktyabr 2022 / 14:21 2624
-  A +

"Nant"ın futbolçuları Şarl Traore və Fabio Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununu buraxa bilərlər.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare danışıb. O, bildirib ki, 30 yaşlı müdafiəçi və 32 yaşlı müdafiəçi zədəlidirlər. Buna görə də onlar Liqa 1-in 12-ci turunda "Nitsa" ilə görüşdə iştirak etməyəcəklər. Sözügedən oyunçuların "Qarabağ"la matçı buraxıb-buraxmayacaqları hələlik məlum deyil.

Həmçinin oxuyun: "Qarabağ"a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"a böyük hesabla qalib gəlib - 3:0. Bu komandalar arasında 5-ci tur oyunu oktyabrın 27-si "Stade de Bojuar" arenasında olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ"a pley-off-a adlamaq üçün 1 xal da bəs edəcək. "Nant" isə pley-off şansını qorumaq üçün Ağdam təmsilçisini məğlub etməlidir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner