Azarkeş adam öldürməyə cəhddə ittiham olundu

Azarkeş adam öldürməyə cəhddə ittiham olundu
XƏBƏR 22 Oktyabr 2022 / 13:47 1323
-  A +

"Marsel"in adı açıqlanmayan bir azarkeşi adam öldürməyə cəhddə ittiham olunub.

Qol.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Ayntraxt"la oyunda (0:1) Fransa komandasının azarkeşləri pirotexniki vasitələrdən fəal istifadə ediblər. Onlar vasitələri xüsusən də qonaqların sektoruna atıblar.

Həmçinin oxuyun: Oyun zamanı insident oldu, 1 nəfər dünyasını dəyişdi

"Marsel" azarkeşlərindən birinin atdığı məşəl alman azarkeşin boynuna dəyib. O, xəstəxanaya yerləşdirilib və hələ də Almaniyada, Marsel reanimasiya şöbəsindən köçürüldüyü xəstəxanadadır.

Oktyabrın 19-da bu cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, tribunaya pirotexniki vasitə atdığını etiraf edib. Həmin şəxs qəsdən adam öldürməyə cəhd, qəsdən zorakılıq, cinayətkar birlikdə iştirak, o cümlədən idman obyektində partlayıcı qurğulardan istifadə etməkdə ittiham olunub.

Xəsarət alan 65 yaşlı azarkeş bildirib ki, həkimlər onun zədəsini güllə yarası kimi səciyyələndirirlər. Zərbədən sonra o, bir tərəfdən müvəqqəti iflic olub, hələ də sol əli ilə əşyaları götürə bilmir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner