Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Tribalfootball" nəşrinə açıqlama verib.
Qol.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis bir milli komandadan və 2 klubdan təklif aldığını, lakin Azərbayca yığmasında işləməyə davam etmək istədiyini bildirib:
Həmçinin oxuyun: De Byazi: "Azərbaycanda güclü futbolçular var, amma Kvaratsxeliya..."
"Bəli, düzünü desəm, başqa təkliflərim də var idi. Biri digər milli komandadan, ikisi isə İtaliya klublarından idi. Amma Avro-2024-ün seçmə mərhələsi ərəfəsində komandada işləməyə davam etmək istəyirdim. Bu püşkatmada Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl Avro-2016-nın püşkatma mərasimində başıma gəlmişdi. Mən Albaniyanın baş məşqçisi olduğum zaman çox çətin qrupa düşmüşdük və əsas mərhələyə vəsiqə qazana bilmişdik. Ümid edirəm ki, bu dəfə də eyni şeyi bacaracağam. Amma buna nail olmaq çox çətin olacaq. Düşünürəm ki, Azərbaycan millisi üçün bütün matçlar çox çətin olur. Belçika böyük ulduzları olan, FİFA reytinqində birinci yerdə komandadır. Yüksək səviyyəli futbolçuları var. İsveç haqqında düşünürəm ki, bu, Avropanın ən yaxşı liqalarında oynayan futbolçulara sahib, fiziki cəhətdən çox güclü bir komandadır. Avstriyaya gəlincə, yığma təkcə (David) Alaba deyil, həm də Bundesliqada oynayan digər futbolçulardan ibarət çox güclü komandadır. Bizik futbolçularımızın çoxu yerli çempionatda oynayırlar. Ona görə də bu, komandamız üçün çox çətindir".
Canni de Byazi Azərbaycan çempionatından da danışıb: “Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır. Burada yaxşı oyunçularımız var. Amma yeganə problem odur ki, seçim şansımız çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir. Bu komandaların hər biri əsas heyətdə 7 əcnəbi futbolçu ilə oynayırlar. Yəni, mənim üçün cəmi 40 oyunçu qalır. Hər komandadan 4 oyunçu seçmək imkanım var. Yaxşı işlər gördük. 2000, 2001-ci il təvəllüdlü çoxlu gənc oyunçulardan ibarət qrup yaratdıq. Bu futbolçular müntəzəm olaraq oynayırlar. Ümid edirəm ki, onlar daha da böyüyə bilərlər”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi oktyabrın 4-də Canni de Byazi ilə müqaviləni növbəti seçmə mərhələ müddətinə uzatmaq qərarı verib.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər