Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub
XƏBƏR 22 Oktyabr 2022 / 11:49 2468
-  A +

"Beşiktaş" və "Fənərbaxça"nın sabiq baş məşqçisi Kristof Daum xərçəng xəstəliyindən əziyyət çəkir.

Qol.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü İnstaqram hesabında etdiyi paylaşımda bildirib. O, bir müddətdir müalicə aldığını qeyd edib.

Həmçinin oxuyun: Bundesliqa klubunun futbolçusunda xərçəng aşkarlandı

Xatırladaq ki, Daum 1994-96, 2001-2002-ci illərdə "Beşiktaş"ı, 2003-2006, 2009-2010-cu illərdə isə "Fənərbaxça"nı çalışdırıb. O, "Beşiktaş"la 1, "Fənərbaxça" ilə isə 2 dəfə Türkiyə Superliqasını qazanıb. Kristof Daumun son iş yeri Rumıniya millisi olub. Həmçinin o, "Köln", "Ştutqart", "Bayer", Avstriya" (Vyana), "Ayntraxt", "Brügge", "Bursaspor" kimi komandalara da baş məşqçilik edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner