Maykl Kerrik bu klubu çalışdıracaq

Maykl Kerrik bu klubu çalışdıracaq
XƏBƏR 20 Oktyabr 2022 / 17:17 3011
-  A +

“Mançester Yunayted”in sabiq futbolçusu və baş məşqçisi Maykl Kerrikin yeni iş yeri müəyyənləşib.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis İngiltərə Çempionşip təmsilçisi “Midlsbro”ya baş məşqçi təyin olunacaq. Tərəflər artıq müqavilə barədə razılığa gəliblər. Müqavilə yaxın vaxtlarda rəsmən elan olunacaq. 

Qeyd edək ki, Kerrik 2006-2018-ci illərdə futbolçu kimi "Mançester Yunayted"də çıxış edib. Daha sonra 2021-ci ilə qədər Joze Mourinyo və Ole Qunner Solşerin rəhbərliyi altında klubun köməkçi məşqçisi olub. Sulşer qovulandan sonra Kerrik “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 3 görüşdə 2 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Dekabrın 3-də Kerrik komandadan ayrılmışdı və o vaxtdan indiyə kimi işsiz idi.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner