Messinin yaratdığı şirkətin rəhbəri erməni oldu

Messinin yaratdığı şirkətin rəhbəri erməni oldu
XƏBƏR 20 Oktyabr 2022 / 15:18 7058
-  A +

PSJ-nin futbolçusu Lionel Messi investisiya holdinqi təsis edib.

Qol.az "Bloomboerg"ə istinadən xəbər verir ki, argentinalı hücumçu bütün dünyada idman, media və texnologiyaya sərmayə qoymaq üçün Play Time Sports-Tech HoldCo MMC-ni yaradıb. Şirkət, startap təsisçilərinə futbol texnologiyası şirkətləri yaratmağa və ya komandalara investisiya qoymağa kömək etməyi planlaşdırır. Holdinq San-Fransiskodakı Silikon Vadisində yerləşəcək.

Həmçinin oxuyun: Messi DÇ-2022-də Argentinanı favorit saymır

"Mən Silikon Vadisindəki işimizə görə çox həyəcanlıyam və Play Time-ın dünyanın hər yerindən cəsarətli sahibkarlarla əməkdaşlıq edəcəyindən çox məmnunam" - deyə Messi bildirib.

Qeyd edək ki, şirkətə erməniəsilli Razmiq Hovaqimyan rəhbərlik edəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner