"Neymar mənim prezident seçiləcəyimdən qorxur"

"Neymar mənim prezident seçiləcəyimdən qorxur"
XƏBƏR 20 Oktyabr 2022 / 14:58 2658
-  A +

Braziliya prezidentliyinə namizəd olan Luiz İnasio Lula da Silva PSJ-nin braziliyalı futbolçusu Neymar haqda danışıb.

Qol.az AS-a istinadən xəbər verir ki, Luiz İnasio Neymarın onun prezidet seçilməsindən qorxduğunu deyib:

“Mən əsəbi deyiləm. Neymar prezident seçmək hüququna malikdir. Düşünürəm ki, o, seçkidə mənim qalib gəlməyimdən qorxur. Çünki Bolsonaronun (hazırkı Braziliya prezidenti - red.) onu gəlir vergisi borcuna görə bağışladığını aşkarlayacağam. Mənə elə gəlir ki, o, məndən qorxur. Aydındır ki, Bolsonaro Neymarın atası ilə sövdələşib”.

Bundan əvvəl Braziliyada keçirilən seçkilərin ilk turu zamanı Neymar ölkənin hazırkı prezidenti Jair Bolsonaroya təşəkkür etməsi barədə video paylaşmışdı. Bna səbəb isə ölkə başçısının oyunçunun Santosdakı futbol akademiyasını ziyarət etməsidir.

Qeyd edək ki, Neymar bu mövsüm liqada 11 oyunda 9 qol vurub və 7 qolun ötürməsini verib. O, Çempionlar Liqasında 4 oyunda 1 qola imza atıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner