İdman jurnalisti Olimpiya Kompleksinə direktor təyin olundu

İdman jurnalisti Olimpiya Kompleksinə direktor təyin olundu
XƏBƏR 19 Oktyabr 2022 / 15:36 2106
-  A +

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Qol.az xəbər verir ki, 2008-ci ildən fəaliyyət göstərən kompleksin rəhbəri tanınmış idman jurnalisti Elşən Məmmədov olub. Elşən Məmmədov bu vəzifədə Məcid Məcidovu əvəzləyib. E.Məmmədov məlumatı təsdiqləyib.

Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb. O, "Tərəqqi" medalı ilə təltif olunub. Həmçinin E.Məmmədov İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner