Neymar: "Real"a keçə bilərdim, amma..."

Neymar: "Real"a keçə bilərdim, amma..."
XƏBƏR 18 Oktyabr 2022 / 14:51 3819
-  A +

PSJ-nin futbolçusu Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya transfer olunarkən "Real"dan da təklif alıb.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu özü bildirib. O deyib:

"Başqa klubların mənimlə maraqlandığımdan xəbərim var idi. Amma "Barselona"ya keçmək arzum idi. 2013-cü ildə “Santos”u tərk edib “Barselona”ya getməyə qərar verdim. Çox variantım var idi, amma uşaqlıqdan "Barselona"da oynamaq arzusunda idim. Mən həmişə ürəyimə qulaq asıram. "Real"dan təklif aldığımı xatırlayıram. Amma digər variantları xatırlamıram. Son anda "Real" və "Barselona" arasında seçim etməli oldum, amma ürəyimi dinlədim və Barselonanı seçdim”.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb. O, 2017-ci ildə 222 milyon avroya PSJ-yə keçib. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner