"Qarabağ" avrokuboklarda ən az qol buraxan komandalar sırasında

"Qarabağ" avrokuboklarda ən az qol buraxan komandalar sırasında
XƏBƏR 18 Oktyabr 2022 / 11:44 2218
-  A +

Avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) bu mövsüm ən az qol buraxan komandalar məlum olub.

Qol.az xəbər verir ki,  siyahıda "Qarabağ" da yer alıb. Ağdam təmsilçisi qrup mərhələsində keçirdiyi 4 matçda 2 qol buraxıb. Bu, komandanın 1-ci turda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu göstəricidə "Real", "Çelsi", "Bavariya" ilə birgə 7-10-cu pillələri bölüşdürür.

Həmçinin oxuyun: UEFA-dan növbəti "Qarabağ" paylaşımı - Şəkil

 "Qarabağ"la eyni qrupda yer alan "Frayburq" 1 qolla "Mançester Siti", "Arsenal", "Real Sosyedad"la birgə 3-6-cı pillələri bölüşdürür.

Qeyd edək ki, siyahıya qapısında qol görməyən "Başakşehir" və "Brügge" başçılıq edir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner