Millimizin üzvünün qardaşı kapitanlıq sarğısından imtina etdi

Millimizin üzvünün qardaşı kapitanlıq sarğısından imtina etdi
XƏBƏR 17 Oktyabr 2022 / 18:08 3199
-  A +

“Feyenoord”un yarımmüdafiəçisi Orkun Kökçü Niderland Erediviziyasının 10-cu turunun “AZ Alkmaar”la səfər matçında kapitanlıq sarğısından imtina edib.

Qol.az xəbər verir ki, komandanın əsas kapitanı olan 22 yaşlı futbolçu sarğının göy qurşağı rəngində olmasına narazılığını bildirib.

Dini inanclarına görə LGBT əleyhinə olan Türkiyə millisinin üzvü bunu dəstəkləyən rəngləri daşıyan sarğıdan imtina edib. Buna görə də komandanı meydana kapitan kimi müdafiəçi Gernot Trauner çıxarıb.

“Feyenoord”un 3:1 hesabı ilə qalib gəldiyi matçda Orkun Kökçü 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Orkun Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşıdır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner