“Marca” “Qızıl top”u kimin qazanacağını yazdı

“Marca” “Qızıl top”u kimin qazanacağını yazdı
XƏBƏR 17 Oktyabr 2022 / 11:47 4344
-  A +

İspaniyanın nüfuzlu nəşrlərindən olan “Marca” "Qızıl top" mükafatı veriləcək futbolçuların adlarını açıqlayıb.

Qol.az-ın məlumatına görə, "Qızıl top"un sahibi "Real"ın və Fransa millisinin hücumçusu Kərim Benzema olacaq. Madrid təmsilçisindən Tibo Kurtuaya Lev Yaşinin adını daşıyan "ilin qapıçısı" mükafatı veriləcək. "İlin gənc futbolçusu" isə "Barselona"nın yarımmüdafiəçisi Qavi seçiləcək.

Həmçinin oxuyun: "Qızıl top"un qalibi müəyyənləşir

Qeyd edək ki, "Qızıl top" mükafatı geridə qalan ilin ən yaxşı futbolçusuna verilib. Mükafat üçün mərasim bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner